Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze yeni hökumətdə təmsil olunmayacaq. O, bundan sonra Gürcüstanın NATO-da səfiri vəzifəsində çalışa bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Cuanşer Burçuladze özü məlumat verib. O deyib ki, NATO-da səfir vəzifəsini nəzərdən keçirməklə bağlı yeni Baş nazir postuna namizəd İrakli Kobaidzedən təklif alıb. Amma hələlik razılıq verməyib və təklifi dəyərləndirəcək.
“On üç ildir dövlət qulluqçusuyam, böyük ailəm var. Düşünmək və istirahət üçün dörd ay vaxtım var. Bundan sonra diplomatik xidmətə davam edib-etməmək qərarına gələcəyəm”, - deyə Burçuladze bildirib