2 Fevral 10:11
9 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvadorun Rusiya texnikalarını ABŞ-yə verməsi ehtiyatsız qərardır, bu, kənar təzyiq altında qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat Moskvanın Ekvador Prezidenti Deniel Noboanın bu addımını nəzərə aldığını bildirib.

“Tərəfdaşlarımız müqavilələrin müddəalarını yaxşı bilirlər, o cümlədən tədarük edilmiş əmlakdan göstərilən məqsədlər üçün istifadə etmək və Rusiya tərəfdən müvafiq razılıq almadan onu üçüncü tərəfə verməmək öhdəliyi var”, - Zaxarova vurğulayıb.

XİN sözçüsü hesab etmir ki, ABŞ bu texnikalar müqabilində Ekvadora müasir avadanlıq təklif edib.

Ekvador Prezidenti Deniel Noboa bundan əvvəl ölkəsinin köhnə Rusiya texnikalarını ABŞ-yə verməkdən imtina etməyəcəyini və Moskvanın mövqeyinə baxmayaraq bunu edəcəyini açıqlayıb. Onun sözlərinə görə, Ekvador hökuməti yanvarın sonunda köhnə Rusiya avadanlıqlarını ABŞ-dən göndərilən müasir avadanlıqla (200 milyon dollar dəyərində) dəyişdirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər