Filippin hökuməti Roma Papası Fransiskin bu ölkəyə səfəri zamanı 490 dilənçi və bomju gizlədib.
Teleqraf.com-un məlumatına görə, xarici mətbuata istinadən verdiyi məlumata əsasən, onlar paytaxt Manila yaxınlığındakı elit kurortda yerləşdirilib.
Bu faktı sosial təminat naziri Korazon Soliman da təsdiq edib.
Hökumətin bu qərarı kəskin tənqidə məruz qalıb və faktla bağlı araşdırma aparılması tələb olunub.
Qeyd edək ki, Papa Asiya turnesi çərçivəsində yanvarın 15-19-da Filippində olub. Onu görmək üçün 6 milyon filippinli küçələrə çıxıb.