Bu gün Səudiyyə Ərəbistanında vəfat etmiş kral Abdullah bin Əbdüləziz Al Səud ilə vida mərasimi keçirilib. Mərasim Ər-Riyadın İmam Turki bin Adullah məscidində gerçəkləşdirilib.
Teleqraf.com-un məlumatına görə, dualar oxunduqdan sonra kralın qızıl kəfənə bürünmüş cəsədi Al-Aud şəhər qəbiristanlığına aparılıb. Adət-ənənəyə uyğun olaraq, cəsəd tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb. O, müsəlman adət-ənənələri üzrə adsız məzarda dəfn olunub.
Dəfn mərasimində ərəb ölkələrinin liderləri iştirak edib.
Qeyd edək ki, vida və dəfn mərasimində yalnız müsəlman dövlətlərinin liderləri iştirak ediblər.