ABŞ-nin Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağındakı bazası raket atəşinə tutulub.
Teleqraf.com xəbər verir ki, hərbi baza dörd raketlə vurulub və yanğın başlayıb.
Hücum zamanı insan tələfatının olub-olmadığı açıqlanmır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə İraq və Suriyadakı hədəflərə hücumlar həyata keçirilib.