3 Fevral 14:34
2 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Prezident Co Baydeni İranla oyun oynamaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, spiker ABŞ liderinin cavab hava hücumları ilə bağlı açıqlamalarını da “şişirdilmiş” adlandırıb.

“Təəssüf ki, administrasiya bütün dünyaya İrana cavabımızın mahiyyəti barədə məlumat vermək üçün tam bir həftə gözlədi”, - Conson deyib.

Onun sözlərinə görə, ictimaiyyətə həddindən artıq açıq siqnallar ABŞ-nin son bir neçə ayda məruz qaldığı hücumları qətiyyətlə dayandırmaq imkanlarına mane olur.

“Prezident Baydenin ayılmaq və İranı ram etmək siyasətinin iflasa uğradığını anlamaq vaxtı çatıb. Sülhü təşviq etmək üçün Amerika güc nümayiş etdirməlidir”, - Nümayəndələr Palatasının spikeri əlavə edib.

Bundan əvvəl ABŞ İordaniyadakı bazasına hücuma cavab olaraq, İraq və Suriyada İran qüvvələri və Tehranın dəstəklədiyi qruplaşmaların obyektlərinə hava zərbələrinin endirildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər