3 Fevral 18:44
3 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Krım üzərində nəzarəti bərpa edə biləcəyinə əmin deyiləm, amma Donetsk və Luqanskı qaytara biləcəyinə inanıram.

Teleqraf.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

Polşa lideri “Ukraynanın həqiqətən də Krımı qaytara biləcəyinə inanırsınızmı” sualına belə cavab verib:

“Bu suala cavab vermək mənim üçün çətindir. Ukraynanın Krımı qaytarıb-qaytarmayacağını bilmirəm, amma inanıram ki, Donetsk və Luqanskı qaytaracaq”.

Onun sözlərinə görə, Krım yarımadası tarixi səbəblərə görə xüsusi yerdir: “Əslində, tarixə nəzər salsaq, çox vaxt Rusiyanın əlində olub”.

Dudanın mövqeyi Polşanın siyasi çevrələrində tənqid edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər