Hökumətin planına əsasən, bu il Gürcüstanda ABŞ ilə birlikdə iki hərbi təlim keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan baş nazirliyinə namizəd İrakli Kobaxidzenin proqramında deyilir.
“Bundan başqa, gürcü hərbçiləri ABŞ-nin xaricdə təşkil edəcəyi hərbi təlimlərə də qatılacaqlar”, - sənəddə bildirilir.
Gürcüstanın Müdafiə Nazirliyi bu il ABŞ-nin maliyyə dəstəyi çərçivəsində ölkənin müdafiə qüvvələrinin texnikalarının modernləşdirilməsi məqsədilə 50 milyon dollardan çox vəsait alacaq.