Ukrayna demilitarizasiya zonasını Moskvaya qədər uzatmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu məqsədilərinə çatmaq üçün mümkün qədər çox silah əldə etmək istəyir. O, həmçinin bildirib ki, Sankt-Peterburq, Moskva və Rusiyanın digər əraziləri Ukrayna istehsalı silahların (PUA-lar) nəzarəti altındadır.
“Bu demilitarizasiya zonası ən azı Moskva və Sankt-Peterburqa qədər olacaq, onu mütləq irəli aparacağıq”, - Danilov vurğulayıb.
O əlavə edib ki, demilitarizasiya zonası Rusiya Prezidenti Vladimir Putinin istədiyindən tamamilə fərqli meridianlar və paralellər boyunca keçəcək:
“Bu, Ukraynanın yox, məhz Rusiya Federasiyasının ərazisi olacaq”.