24 Yanvar 2015 01:03
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin Afrika ölkələrinə növbəti səfəri gözlənilir. Con Kerri yaxın günlər ərzində ilk səfər edəcəyi Afrika dövləti isə Nigeriya olacaq.

Teleqraf.com-un "BBC”-yə istinadən məlumatına görə, C.Kerri bu barədə Davos iqtisadi forumda çıxışı zamanı bildirib.

ABŞ-ın dövlət katibi vurğulayıb ki, terrorla mübarizədə antisemitizm və islamofobiyaya yol verilməməlidir.

Qeyd edək ki, Nigeriyada hökumət qüvvələri “Boko Haram” terror qruplaşması ilə şiddətli mübarizə aparır.


Müəllif:

Oxşar xəbərlər