4 Fevral 09:02
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit okeanda Kamçatka sahillərində 4,2 və 4,3 bal gücündə iki zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

“Sakit okeanda Petropavlovsk-Kamçatskidən 142 kilometr aralıda 4,2 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib. İkinci təkan isə təxminən bir neçə saat sonra eyni yerdə qeydə alınıb. Onun maqnitudası 4,3 olub", - deyə məlumatda bildirilir.

İkinci zəlzələnin ocağının dərinliyi 36 kilometr, rayon mərkəzinə olan məsafə isə 143 kilometr olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər