"ABŞ Rusiyaya qarşı bizi müdafiə edir. Bütün hərbi təchizat göstərilir. Hətta ölümcül silahların bizə göndərilməsi üzrə danışıqlar aparılır".
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın ehtiyatda olan general-leytenantı Dmitri Umanes deyib.
“Biz görürük ki, hansı güclər Donetsk və Luqansk sərhəddində cəmləşib. 10 min nizami ordu - 50 mini də sərhəddə, üstəlik, 40 min quldur dəstə. ABŞ bu məqamda bizə dəstək verməyə məcburdur. Çünki bizim sərhədlərimizin toxunulmazlığı barədə qanun qəbul edib”.