4 Fevral 16:05
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın cənub-qərbində naməlum silahlı qrup tərəfindən qaçırılan 6 nigeriyalı məktəbli və 3 müəllim sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” Ekiti əyalətinin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Verilən məlumata görə, qaçırılan zaman uşaqların və müəllimlərin olduğu avtobusun sürücüsü hücumçular tərəfindən öldürülüb. “Sərbəst buraxılanlar lazımi tibbi və psixoloji yardım almaq üçün xəstəxanaya aparılacaq”, - deyə “Reuters” bildirib.

Oğurluq hadisəsi yanvarın 30-da baş verib. Daha sonra təhlükəsizlik xidmətləri cinayətkarların izinə düşüb.

Bundan əvvəl Nigeriyada 48 təşkilat və hərəkat mövcud təhlükəsizlik vəziyyəti və çoxlu sayda mülki şəxsin qaçırılması və öldürülməsi ilə əlaqədar hakimiyyət orqanlarını ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər