4 Fevral 19:29
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail qüvvələri Livanın cənubundakı "Hizbullah" mövqelərini atəşə tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of İsrael” İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

“İsrail qırıcılarının Blida və Meys əl-Cəbəl şəhərlərində vurduğu hədəflər arasında “Hizbullah”ın raket buraxılış və müşahidə məntəqəsi olub”, - məlumatda deyilir.

Blidadakı “Hizbullah” mövqeləri tanklardan da atəşə tutulub.

Bundan əvvəl Livan ərazisindən Kiryat Şmona şəhərinə bir neçə raket atıldığı barədə xəbərlər yayılıb. Onların bir hissəsi “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, qalanları isə açıq ərazilərə düşüb. Tələfat və dağıntılar barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər