4 Fevral 21:22
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ölkənin ilk ekipajlı kosmik gəmisini 2025-ci ilin sonuna kimi orbitə çıxarmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ISRO-nun sədri Şridhara Paniker Somnath bildirib.

Onun sözlərinə görə, ölkənin 2035-ci ilə qədər öz orbital stansiyası olacaq.

Qeyd edək ki, 2018-ci ilin avqustunda Hindistanın baş naziri Narendra Modi rəsmi olaraq ölkəsinin ilk ekipajlı milli kosmik gəmisinin 2022-ci ilin avqustuna kimi orbitə göndəriləcəyini açıqlayıb. Layihənin adı “Qaqanyan” (sanskritcə “səmavi gəmi” deməkdir - red.) olaraq müəyyən edilib.

Lakin 2020-ci ilin martında layihə üzərində işlərin çoxu dayandırılıb. Buna səbəb koronavirus pandemiyası olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər