4 Fevral 23:42
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda fermerlər ölkənin şimalında bəzi yolları bağlayır.

Teleqraf.com xəbər verir ki, onlar hakimiyyət orqanlarından təbii fəlakətlər nəticəsində zeytun ağaclarının itirilməsinə görə təzminat, kənd təsərrüfatı üçün elektrik enerjisi tariflərinin aşağı salınması və yanacağın ucuzlaşması, həmçinin əlavə subsidiyalar tələb edirlər.

Qeyd olunur ki, fermerlər, xüsusən, yerli vaxtla ən azı 20:00-a qədər 120 traktorla Saloniki - Nea Moudania magistral yolunu hər iki istiqamətdə bağlayıblar.

Xatırladaq ki, fevralın 1-dən etibarən fermerlər “Agrotica” kənd təsərrüfatı sərgisinin keçirildiyi Saloniki Beynəlxalq Sərgi Mərkəzində 300 traktor saxlayıblar. Sərgi bazar günü başa çatır və etirazçılar Yunanıstanın şimalında yolların bağlanmasını gücləndirmək üçün tədricən traktorları çıxarmağa başlayırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər