Suriyanın ABŞ hərbi bazasına hücumda kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nin (SDQ) 5 döyüşçüsü həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.
Təşkilat bildirir ki, gecə saatlarında ABŞ-nin Suriyada rəhbərlik etdiyi koalisiyanın ən böyük bazası olan “Əl-Ömər”ə PUA hücumu nəticəsində SDQ “xüsusi təyinatlılar”ının 5 üzvü ölüb, 20-si yaralanıb.
Hərbi bazanın İranın Suriyadakı terrorçu qruplaşmaları tərəfindən hədəfə alındığı ehtimalı var.
SDQ Türkiyədə PKK terror təşkilatının Suriyadakı qollarından biri hesab edilir.