5 Fevral 15:03
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avdiv uğrunda döyüşlərin episentri şəhərin şimal hissəsinə keçib, Rusiya hərbçiləri küçələrə çıxmağa müvəffəq olublar - indi onlar Ukrayna qoşunları üçün marşrut riski yaradırlar.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets deyib.

Onun sözlərinə görə, şəhərdə vəziyyət çətindir, Avdiv ətrafında bütün perimetr boyu döyüşlərin sayı artıb.

Zqurets qeyd edib ki, Ukrayna ordusu bundan əvvəl rusları şəhərin şimalı ətrafında, Stepovoyda saxlayırdısa, indi Koksoximlə Avdiv arasında döyüşlər başlayıb:

“Görünür, Rusiya artilleriyamızın az işlədiyi pis hava şəraitindən istifadə edərək daha da irəli (şəhərin şimalındakı küçəyə) gedə bilib”.

Hərbi ekspert vurğulayıb ki, Rusiya güc və texnologiya baxımından üstünlüyə malikdir və Ukrayna ordusunun müdafiə xəttini təzyiq altında saxlayır:

“Avdivin müdafiəsində ən çətin dövrlərdən birini yaşayırıq, çünki düşmən hər tərəfdən hücum etməyə çalışır”.

Zqurets vurğulayıb ki, şəhərin ağır müdafiəsi 4 ay davam edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər