ABŞ və Böyük Britaniyanın Yəmənə hərbi hücumları və ABŞ-nin İraq və Suriyadakı təcavüzünü qətiyyətlə pisləyirik.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdulahiyan deyib.
“Böyük Britaniya xarici işlər naziri Devid Kemeron telefon danışığı zamanı açıq şəkildə bildirdim ki, müharibənin davam etdirilməsi həll yolu deyil. Bölgənin qəzəbi ilə üzləşmək istəməzsiniz. İraq, Suriya, Yəmən və Fələstinin təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik”, - nazir vurğulayıb.