Ukrayna ordusu döyüş meydanında Rusiyaya qalib gəlməklə müharibəyə son qoya bilər.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyində Ukrayna ilə bağlı xüsusi qərargahına rəhbərlik edən general-mayor Kristian Freydinq deyib.
“Ukraynada müharibə nə vaxt bitəcək” sualına Freydinq belə cavab verib:
“Ukrayna müharibədə qalib gələndə bitəcək”.
Alman general nikbindir, əmindir ki, Ukrayna qalib gələcək.
Qərbin Ukraynaya göndərdiyi silahlara gəlincə, o qeyd edib ki, hazırda Ukrayna ordusunun istifadə etdikləri sistemlərin əksəriyyəti Rusiyadan qat-qat effektlidir.
“Bu il Almaniyadan artilleriya sursatlarının tədarükünü iki dəfədən çox artıra biləcəyik”, - general bildirib və əlavə edib ki, sursat təchizatı Qərb üçün əsas dəstək məsələsi olaraq qalır.
Bundan əlavə, Freydinq vurğulayıb ki, Ukrayna döyüş hissələrini bərpa etmək üçün səfərbər olmalıdır.