5 Fevral 23:15
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 122 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Saat 12:00-a (Bakı vaxtı ilə saat 19:00) dair məlumatı təqdim edirik. Bu vaxta qədər 122 nəfərin meyiti Valparaiso məhkəmə-tibb şöbələrinə daxil olub. 32 cəsədin şəxsiyyəti müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl 112 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, fevralın 2-də Prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər