5 Fevral 22:48
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib.

"Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda deyilir.

Qeyd edək ki, Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 122 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər