İsrail Müdafiə Ordusu Qəzza zolağında "HƏMAS"ın batalyonlarının 75 faizini darmadağın edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O qeyd edib ki, İsrail ordusu "HƏMAS"ın 24 batalyonundan 18-ni dağıdıb, yeraltı tunel sistemini fəal şəkildə məhv edir və tam qələbəyə doğru gedir. O, tam qələbəni İsrail üçün yeganə variant adlandırıb, çünki bu məqsədə nail olunmasa, "HƏMAS"ın hücumları davam edəcək.