Rusiyanın əleyhinə tədbirlərə qoşulmayan şirkətlərə sanksiyalar tətbiq ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Varşavada keçirilən mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketi çərçivəsində müxtəlif ölkələrdən olan şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək: “Məhdudlaşdırıcı tədbirlər bir çox şəxs və qurumlara, eləcə də sanksiyalarımızdan yayınan müxtəlif ölkələrin şirkətlərinə şamil olunacaq”