24 Yanvar 2015 08:36
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Davos İqtisadi Forum çərçivəsində ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri Con Kerri və Məhəmməd Zərif arasında görüş olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Röyters” ABŞ Dövlət Departamentinə istinadən informasiya yayıb.

Məlumata görə, görüş bir saatadək davam edib. Danışıqlar mövzusunun İran nüvə proqramının olduğu bildirilir. Hər-hansı bir razılaşmanın əldə olunması barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Məhəmməd Zərif forum çərçivəsində çıxışı zamanı bildirmişdi ki, ABŞ Konqresi tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqi Cenevrədə Tehran və “altılıq” arasında əldə edilmiş razılaşmanı poza bilər.

Konqresin İrana qarşı yeni sanksiyalar tətbiq etmək ideyasını prezident Barak Obama və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer də pisləyib.


Müəllif:

Oxşar xəbərlər