Ötən günlərlə müqayisədə son sutka ərzində cəbhədə Rusiya ordusunun hücumlarının sayında kəskin artım qeydə alınıb. Bu müddətdə rus qüvvələri Ukraynanın mövqelərinə 126 dəfə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya ordusu Sinkivka və Kupyan şəhərləri istiqamətlərində Ukrayna qüvvələrinin müdafiəsini yarmağa cəhd edib. Bu yöndə 8 hücumun qarşısı alınıb. Liman istiqamətində 20 belə cəhd dayandırılıb.
Rusiya qoşunlarının Boqdanivka, İvanivsk və Klişçivka yaşayış məntəqələri yaxınlığında 10 hücumu dəf edilib.
Rusiya qüvvələri Avdiv şəhərini mühasirəyə almaq cəhdlərini dayandırmır. Bu yöndə 29 hücumun qarşısı alınıb. Marin şəhərini ələ keçirmək cəhdləri də nəticə verməyib, burada 26 həmlə dəf edilib.
Rusiya ordusu Xerson və Zaporoje vilayətlərinin ərazilərində də dayandırılıb.