Yəməndəki “Ənsarallah” qruplaşmasının (Husilər) hava zərbələri nəticəsində Böyük Britaniyanın Qırmız dənizdə üzən yük gəmisi zədələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Ambrey” gəmi şirkəti məlumat yayıb.
Gəminin pilotsuz təyyarə ilə vurulduğu açıqlanıb.
Britaniya şirkəti qeyd edir ki, Barbados bayrağı ilə üzən gəmi İsrail sahilləri yaxınlığında zərər görüb, xəsarət alan yoxdur.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da Yəməndə husilərə məxsus iki PUA-nı vurduqlarını açıqlayıb.