Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən Rusiyaya partlayıcı material daşımağa cəhd etməsi rəsmi Kiyevin Gürcüstanda ikinci cəbhə açmaq istədiyini sübut edir.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan baş nazirliyinə namizəd İrakli Kobaxidze deyib.
Siyasətçi Ukraynanın bu yolla Gürcüstanın dövlət maraqlarını təhlükə altına atdığını vurğulayıb:
“Kənardan kiminsə Gürcüstanı Rusiya təcavüzünün hədəfinə çevirməyə çalışması çox ciddi və dərin narahatlıq doğuran problemdir, bu bir daha sübut edir ki, Ukrayna hakimiyyətinin yüksək rütbəli məmurları ölkəmizdə ikinci cəbhə açmaq istəyirlər, dövlət təhlükəsizlik xidmətimizin aşkar etdiyi faktlar bunun daha bir təsdiqidir”.
Kobaxidze məsələ ilə bağlı Ukrayna səfirliyinin bəyanatına da münasibət bildirib:
“Ukraynanın Gürcüstanda səfiri olsaydı, yəqin ki, belə açıqlama verməzdi”.