6 Fevral 20:26
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi və prezidentliyə namizəd Nikki Heyli qoruma tələbi üzrə Birləşmiş Ştatların Məxfi Xidməti ilə əlaqə saxlayıb.

Teleqraf.com xəbər verir ki, xanım Heyli təhdidlərdən qorxmadığını deyib.

Heyli onu Məxfi Xidmətlə əlaqə saxlamağa məcbur qoyan səbəbləri açıqlamayıb. Lakin medianın namizədin seçki qərargahına istinadən yazdığına görə, buna səbəb hədələr olub. Qərargah onların məzmununu açıqlamayıb.

ABŞ Məxfi Xidməti dövlətin yüksək vəzifəli şəxslərinin qorunmasına cavabdehdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər