7 Fevral 08:15
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Dövlət Departamentinin təhlükəsizlik zabiti 2021-ci ilin yanvarın 6-da Kapitola hücum işi ilə bağlı federal ittihamlar əsasında həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Bildirilib ki, hüquqi sənədlərə əsasən, Kevin Maykl Alstrup paytaxt Vaşinqtonda məhdud girişli binaya və ya əraziyə daxil olmaq və orada qalmaq, nizamsız və pozucu davranış, habelə Kapitol binasında parad, nümayiş və ya piket keçirmək ittihamları ilə həbs edilib.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 6-da keçmiş prezident Donald Trampın tərəfdarları 2020-ci ildə keçirilmiş seçkilərin nəticələrinə etiraz edərək Kapitola hücum çəkiblər. Tramp sosial şəbəkə və ictimai çıxışlarında sözügedən seçkilərin qalibi olduğunu iddia edirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər