8 Fevral 00:12
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin Qoloseyevski rayonundakı 18 mərtəbəli yaşayış binasına raket zərbələri endiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində 4 nəfər həlak olub, 40-a yaxın insan yaralanıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər