Səudiyyə Ərəbistanı Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq və tamhüquqlu Fələstin dövlətini yaratmaq üçün etibarlı planlar hazırlamaq şərtilə İsraillə münasibətləri normallaşdırmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında vəliəhd şahzadə (Məhəmməd bin Salman əl-Səud) ilə görüşəndə mənə (İsraillə münasibətləri) normallaşdırmaq istəyini və qətiyyətini təkrarladı. Bununla belə, o, bunu təmin etmək üçün iki şeyə nail olmaq lazım olduğunu da təkrarlayıb: birincisi, Qəzzada sabitlik, ikincisi, Fələstin dövlətinə aparan aydın və etibarlı yol olmalıdır”, - Blinken bildirib.