8 Fevral 17:11
5 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı senator Rənd Pol Türkiyəyə F-16 qırıcılarının satışını dayandırmaq istəyir.

Teleqraf.com xəbər verir ki, senator satışın qarşısını almaq üçün ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə qanun layihəsi təqdim edib.

Polun bu addımının satışa ciddi maneə yaratması gözlənilmir. İlk növbədə, Xarici Əlaqələr Komitəsinin digər üzvləri də qanun layihəsini dəstəkləməlidir. Komitənin keçmiş sədri Bob Menendez bir neçə dəfə F-16-ların Türkiyəyə satışının əleyhinə olduğunu bildirmişdi, amma o, artıq bu qurumun rəhbəri deyil. Menendezdən sonra komitənin başına keçən Ben Kardin F-16-ların Türkiyəyə satışını təsdiqləyib. Nümayəndələr Palatasının müvafiq komitəsindən də etiraz olmayıb.

Co Bayden administrasiyası satışla bağlı Konqresə yanvarın 25-də məlumat verib. Etiraz üçün 15 günlük müddət sabah bitir. Konqresin bu müddətdə prosesə əngəl olacağı gözlənilmir.

Türkiyə Müdafiə Nazirliyinin məsələ ilə əlaqədar bu gün verdiyi açıqlama müsbətdir.

“Konqresdə sükut dövrü davam edir. Prosesdə heç bir mənfi gəlişmə gözlənilmir”, - nazirlik bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər