ABŞ dövlət katibi Entoni Blinken Yanvarın sonunda Qırğızıstan Prezidenti Sadır Japarova rəsmi məktub yazaraq, "xarici agentlər haqda" qanunun bu ölkənin demokratiyası üçün yaradacağı təhlükə barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, sənədin mətnini “Akipress” yayımlayıb.
Dövlət katibi sözügedən qanunun qeyri-hökumət təşkilatlarına qarşı ciddi cəzalara yol açacağından narahat olduğunu deyib.
“Vaşinqton bu cür qanunların nəticələrini digər ölkələrin təcrübəsindən bilir və müvafiq hüquqi normalar qəbul olunarsa, Bişkekə beynəlxalq dəstəyin azalacağından narahatdır”, - Blinken yazır.
Qırğızıstan parlamenti “Qeyri-hökumət təşkilatları (QHT) haqqında” qanuna dəyişiklik təşəbbüsü ilə çıxış edib. Layihə müəllifi, deputat Nadirə Nərmətova qanunvericiliyin “xarici nümayəndə” ifadəsi ilə genişləndirilməsi və xaricdən maliyyə alan QHT-lərin reyestrinin aparılmasına başlanılmasını təklif edib.