Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Kobaxidzenin baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, artıq Gürcüstan parlamentinin deputatları baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibinə, eləcə də hökumət proqramına etimad ifadə edən qətnaməni səs çoxluğu ilə dəstəkləyiblər.