9 Fevral 08:42
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Kaliforniya ştatında havaya qalxdıqdan sonra xəbər alınmayan hərbi helikopterdə olan 5 dəniz piyadasının həlak olduğu bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, dağlıq əraziyə düşdüyü bildirilən helikopterdə olan 5 əsgərin həyatını itirdiyi təsdiqlənib.

Açıqlamada qeyd edilib: "Hərbi xidmətdə riskləri başa düşsək də, hər hansı bir can itkisi hər zaman çətin qəbul edilir. 5 əsgərin cəsədlərinə çatmaq üçün səylər davam edir".

Ağ Evdən verilən yazılı açıqlamada prezident Co Bayden 5 dəniz piyadasının ailələrinə başsağlığı verib və helikopter qəzası ilə bağlı araşdırmaların davam etdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər