9 Fevral 09:47
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvador köhnə Rusiya hərbi texnikalarını ABŞ-dən silah almaq müqabilində Ukraynaya göndərmək üçün Vaşinqtona verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Kevin Sallivan deyib.

“Ekvador hökuməti hələ də bu məsələni nəzərdən keçirir. Bu, Rusiyanın öz ərazisinə müdaxiləsinə qarşı mübarizə aparan Ukrayna hökumətinə texnikanın ötürülməsinə yönəlmiş anlaşmadır”, - ölkə rəsmisi bildirib.

Ekvador Prezidenti Daniel Noboa bundan əvvəl söyləyib ki, Rusiya hərbi texnikalarını təxminən 200 milyon dollar dəyərində yeni ABŞ silahları ilə dəyişdirmək barədə razılığa gəlinib. Ekvador ABŞ-yə 6 Rusiya hərbi helikopteri, uzaqmənzilli raket və hava müdafiə sistemləri göndərə bilər. Texnikalar və sistemlər 1990-cı illərə aiddir. Ekvador bunun müqabilində ABŞ-nin müasir silahlarını əldə etmək istəyir.

Rusiya Xarici İşlər Nazirliyi və Kreml Ekvadorun qərarına sərt təpki göstərib. Rəsmi Moskvaya görə, Kito Rusiyanın razılığı olmadan bu avadanlıqları üçüncü tərəfə verməməyə borcludur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər