10 Fevral 08:28
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance Ltd” böyük məbləğdə cərimə təhlükəsi ilə üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Belə ki, Avropa Komissiyası yetkinlik yaşına çatmayanlar üçün risklə bağlı narahatlıqlar səbəbi ilə yeni rəqəmsal xidmətlər qanunu çərçivəsində yaxın həftələrdə “TikTok” sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayacaq.

Bundan əvvəl Estoniya teleqram messencerinə dair tənzimləməni gücləndirmək üçün Avropa Komissiyasına təkliflər göndərib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər