10 Fevral 11:18
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Baydenin prezidentlik müddəti bitməmiş III Dünya müharibəsinə başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

"10 ay uzun müddətdir. Bu zaman ərzində III Dünya müharibəsi daxil olmaqla, ölkəmizə ciddi zərər verə biləcək addımlar atıla bilər. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bu müharibə qaçılmaz olacaq. Bayden iki tutarlı cümlə tələffüz edə bilmir. O, Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara cavabdehdir. Biz çox təhlükəli vəziyyətdəyik. Əminəm ki, indiyədək heç vaxt belə təhlükəli mövqedə olmamışıq. Tərəfdarlarımı Amerika üçün döyüşməyə çağırıram. Son döyüşümüz 2024-cü ildə baş tutacaq. Qlobalistləri, kommunistləri, marksistləri, faşistləri hökumətdən qovacağıq. Ölkəmizə nifrət edən xəstə siyasi təbəqədən xilas olacağıq", - Tramp vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər