10 Fevral 15:11
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Rusiya ilə uzun illər davam edəcək qarşıdurma ehtimalına hazırlaşmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"NATO Rusiya ilə müharibə istəmir. Lakin biz onilliklər davam edə biləcək qarşıdurmaya hazırlaşmalıyıq. Ukraynadakı münaqişədən qalib çıxsa, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur. Hazırda ən yaxşı müdafiə Ukraynaya dəstək və NATO-nun hərbi potensialına investisiya qoymaqdır", - Stoltenberq vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər