Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişilməsi fonunda ölkə ciddi dəyişikliklərlə üzləşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski teleqram kanalında bildirib.
“Biz Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini yeniləməyə davam edirik. Komanda effektivdir. Dəyişikliklər olacaq”, - prezident bildirib.
O əlavə edib ki, Aleksandr Sırskinin ali baş komandan vəzifəsinə təyin olunmasından sonra Ukrayna Silahlı Qüvvələrinin imkanları daha geniş olacaq.