Rusiya ictimai araşdırma şirkəti olan “VTsİOM” xalqın 80 faizinin etiraz etmək istəmədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, şirkətin keçirdiyi sorğu nəticəsində əhalinin 77 faizinin aksiyalarda etiraz etmək mövzusunda bitərəf qalmağa üstünlük verdiyi məlum olub. 16 faiz əhali aksiyalarda iştirakdan imtina edib. Xalqın 7 faizi isə ümumiyyətlə bu sorğuya cavab vermək istəmədiyini bildirib.
Bildirək ki, etiraza qoşulmamaq səbəbi xeyli maraq doğurur. Belə ki, əhalinin 37 faizinin fikrincə, mövqeyi aksiya vasitəsi ilə ifadə etmək mənasızdır.
Əhalinin 26 faizi işini itirməkdən, 25 faizi isə həbs cəzasından qorxur.
Sorğu nəticəsində o da məlum olub ki, xalqın 30 faizi etirazların ölkədə qeyri-sabitlik yaradacağı fikrindədir.