12 Fevral 21:12
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın qərbində məktəbli qızlar “əxlaqı təmizlik”lərini qiymətləndirmək və erkən hamiləliyin qarşısını almaq üçün “bakirəlik testi”ndən keçməyə məcbur edilir. Rəsmi qurumlar yoxlamadan keçməyənlər barədə təhlükəsizlik orqanlarına məlumat verirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.

Anonimlik şərtilə Balkan vilayətindəki orta məktəbin bir neçə qız şagirdi və valideynləri tərəfindən şübhəli yoxlamalar barədə radioya məlumat verilib. Üstəlik, yoxlamanın aparılması üçün razılıq da istənilmir.

Radio əməkdaşlarının sözlərinə görə, yoxlamadan keçməyənlər barədə məmurlar polisə və təhlükəsizlik xidmətinə məlumat verirlər.

“Balkanabad və Türkmənbaşı şəhərlərində 9-11-ci sinif şagirdləri məcburi ginekoloji müayinədən keçirilir. Yoxlama zamanı cinsi əlaqədə olan qızlar müəyyən edilərək siyahıları polis və təhlükəsizlik xidmətinin əməkdaşlarına verilir”, - məlumatda deyilir.

Polis bundan sonra siyahıdakı qızların cinsi partnyorları haqda məlumat əldə etmək üçün onların mobil telefonlarını yoxlayır.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları deyirlər ki, bu, yetkinlik yaşına çatmayanlarla intim əlaqəyə girən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilməsi məqsədilə edilir. Hazırda vilayətdə genişmiqyaslı yoxlamalar aparılır”, - ABŞ radiosu bildirir.

Mənbənin məlumatına görə, bu yoxlamalar son aylar bölgədə erkən hamiləlik hallarının artması ilə bağlıdır. Altı belə hal təkcə Balkanabadda qeydə alınıb.

“Bu məlumat Təhsil Nazirliyinə çatıb və Balkan Regional Təhsil İdarəsinin direktorunu sərt şəkildə danlayıb. Bundan dərhal sonra böyük şəhərlərdə “əxlaqi təmizlik yoxlamaları” başlayıb”, - mənbə vurğulayıb.

Radio qeyd edir ki, “bakirəlik testi” Mərkəzi Asiya dövlətləri də daxil olmaqla dünyanın ən azı 20 ölkəsində aparılır. BMT bu praktikanı “təhqiredici” adlandırır və dayandırmağa çağırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər