24 Yanvar 2015 19:01
2 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun separatçıları açıq şəkildə dəstəkləməsi nəticəsində Ukraynanın cənub-şərqində vəziyyət yenidən kəskinləşib. Separatçılar bütün cəbhə boyu hücuma keçməyə, rusların birbaşa köməyi ilə strateji əhəmiyyət daşıyan Mariupolu ələ keçirməyə çalışırlar.

Teleqraf.com-un məlumatına görə, düşmən tərəf ağır artilleriya qurğularını, texnikanı və çoxsaylı canlı qüvvəni Mariopol rayonuna yönəldib.

Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyində gerçəkləşən Mariupolda vəziyyət üzrə operativ qərargahın iclasında müdafiə naziri Stepan Poltorak bildirib: "Terrorçu qurumlar Mariupol rayonuna əlavə BM-21 yaylım atəşi sistemləri yeridirlər".

Onun sözləri görə, Ukrayna hərbçiləri 6 belə sistemdən dördünü məhv etməyi bacarıblar. Poltorak onu da vurğulayıb ki, mümkün işğal təhlükəsini aradan qaldırmaq üçün Mariupol rayonuna Ukrayna ordusunun əlavə qüvvələri cəmləşdirilir.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər