12 Fevral 22:12
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasında sıx münasibətlər və dostluq əlaqələri uzun tarixə malikdir. İnanıram ki, biz təkcə ölkələrimizin mənafeyi naminə deyil, həm də qitəmizdə sülh və sabitlik üçün bu əlaqələri birlikdə dərinləşdirəcək və inkişaf etdirəcəyik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər