13 Fevral 08:28
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya polisi Abucada insanları girov götürməkdə şübhəli bilinən 307 nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə paytaxt polisinin rəisi Bennett İqve xəbər verib.

"Əməliyyat fevralın 11-də keçirilib. Şübhəlilərdən odlu silahlar götürülüb", - İqve qeyd edib. O, bildiib ki, barələrində cinayət işi olan saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılacaq.

Son illər Nigeriyada girov götürmə gəlirli biznesə çevrilib. Girovluq qaçırılanların azad edilməsi üçün fidyə şəklində böyük gəlir gətirir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər