24 Yanvar 2015 20:06
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində gedən şiddətli döyüşlər fonunda Minsk memorandumu üzrə razılaşmaların təfərrüatlarını əks etdirən sənədlər açıqlanıb. Burada qiyamçılarla Ukrayna ordusu arasında təmas xəttinin haradan keçməli olduğu da xəritə üzərində tam razılaşdırılıb.

Teleqraf.com-un məlumatına görə, diqqəti çəkən odur ki, müvafiq xəritədə Donetsk aeroportu təmas xəttinin separatçılara aid olan hissəsində qalır.

Digər tərəfdən, razılaşma protokoluna əlavələrdə təmas xəttində Ukraynanın və qiyamçıların nəzarətində qalacaq məntəqələrin dəqiq siyahısı göstərilib.

Xatırladaq ki, Ukrayna tərəfi indiyədək aeroportun bu razılaşmalara hər hansı aidiyyatı olmadığını və heç bir halda separatçılara təhvil verilməyəcəyini bildirirdi.

Nail Cəlil


Müəllif: