13 Fevral 12:00
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni uduzması şansı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask ABŞ Konqresinin üzvlərinə xitabla deyib.

Onun fikrincə, Rusiya lideri müharibəni sona çatdırmaq üçün təzyiq altındadır:

“Geri çəkilsə, öldürüləcək”.

Mask həmçinin müharibənin hər iki tərəfindəki ölümləri dayandırmaqda maraqlı olduğunu bildirib və əlavə edib ki, Putini vəzifədən uzaqlaşdırılacağı ehtimalına şübhə edir.

“Rusiyada rejim dəyişikliyi istəyənlər düşünməlidirlər ki, Putini vəzifədən uzaqlaşdıra biləcək şəxs kimdir və bu adam sülhpərvər olacaqmı? Yəqin ki, yox. Çox güman ki, belə biri varsa, Putindən də sərt olacaq”, - Mask vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər