Türkiyə regional münaqişələrin, o cümlədən Rusiya-Ukrayna müharibəsinin həlli üçün səylərini davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Rusiya ilə Ukrayna arasında münaqişə uzun illərdir davam edir. İllər öncə də bunun şahidi olmuşuq. Onda bir çox sahə ciddi şəkildə problem yaşadı. Bu, enerji, ərzaq və hərbi sahələrə təsir etdi. Rusiya ilə Ukrayna arasında atəşkəs və taxıl sazişini həyata keçirdik, ciddi səylər göstərdik. Əminəm ki, Türkiyə bu və digər münaqişələrin həlli üçün nəticələr əldə etmək üçün bu kontekstdə işləməyə davam edəcək", - Ərdoğan vurğulayıb.