Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Senatının ölkəsinə hərbi yardımı təsdiqləməsinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Təkcə bizim yox, bir çox başqa xalqlar, xüsusən də Avropanın gözlədiyi qərar... Dünya Amerika rəhbərliyinin qətiyyətli olmağa davam edəcəyini və həyatları və azadlığı qorumağa kömək edəcəyini gözləyir. Bu, həqiqətən də özünəinam və motivasiya verir”, - Zelenski deyib..
Dövlət başçısı ABŞ Konqresinin Nümayəndələr Palatasından da analoji qərar gözlədiyini söyləyib:
“Bu, ilk addım idi, növbəti addım Nümayəndələr Palatası, oradakı konqresmenlərin səsverməsidir. Müsbət qərar gözləyirik. Prinsipial dəstəyə ümid edirik. Amerikanın lider olmağa davam edəcəyinə inanırıq.
ABŞ-nin yardımı bizə insanların həyatlarını rus terrorundan xilas etməyə imkan verir. Bu o deməkdir ki, şəhərlərimizdə həyat davam edəcək və müharibədə qalib gələcək”.